Altı yerdə təkrarlanan "texniki səhv" - XİN-dən açıqlama
2021-09-04 16:51:00
Altı yerdə təkrarlanan "texniki səhv" - XİN-dən açıqlama

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ respublikası”nın qeyd olunması məsələsinə münasibət bildirib. 

XİN-nin sözçüsü Leyla Abdullayeva qeyd edib ki, bununla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

“Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, - deyə o bildirib.

Qeyd edək ki, məlum elan həmin sayta avqustun 13-də yerləşdirilib. Elana əlavə edilən sənədlərdə də "Dağlıq Qarabağ Respublikası" yazılıb. Bu ifadə 6 yerdə təkrarlanır.

Elan hələ də dəyişdirilməyib. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook