Asfaltlanmış "Zəfər" yolunun görüntüləri
2021-08-11 00:21:00
Asfaltlanmış "Zəfər" yolunun görüntüləri

Sosial şəbəkələrdə "Zəfər" yolunun asfaltlanmış hissəsinin görüntüləri yayılıb. 

Yol ilkin olaraq rahat gediş-gəliş məqsədilə 2 zolaqlı endə asfaltla döşənib. Bu işlər sentyabrda başa çatacaq. 

Buna paralel olaraq Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də start verilib.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84.6 km təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu üzrə layihənin icrası 2022-ci il ərzində tamamlanacaq.

ElMedia

Video yüklənir...




Video

Video yüklənir...

Bizi izləyin

Facebook