Avropalı qız Azərbaycan oğlanlarından şikayətlənib
2017-05-16 15:31:00
Avropalı qız Azərbaycan oğlanlarından şikayətlənib

Slovakiyalı qız Kamila Petrinçova Azərbaycan kişilərindən şikayət edib. 

O öz Facebook səhifəsində hər gün çoxlu sayda dostluq sorğuları, mesajlar aldığını, mehriban olmağa çalışsa da bunun artıq çox bezdirici olduğunu yazır. "Bəzi insanlar heç mənim görüşmək, nahar etmək, söhbətləşmək istəmədiyimi belə başa düşmək istəmirlər. Mən deyəndə ki, oğlan dostum var (adətən evliyəm deyirəm, amma bunun da nəticəsi sıfır olur), mənə deyirlər ki, "sən Avropadasan və eyni zamanda bir neçə oğlanla ola bilərsən axı", - deyə o hiddətlə yazır. 

Kamila Petrinçova başına gələn hadisələrlə də bölüşüb. O, kafedə anası ilə telefonla danışarkən bir oğlanın onun yanında əyləşdiyini və hətta əlindən də öpdüyünü deyir. Hətta supermarketlərin birində mühafizə işçisinin onun arxasınca gəzdiyini, qollarına və belinə toxunduğunu da yada salır.

"Mən ədalətsiz olmaq istəmirəm, lakin bu təzyiq məni narahat edir. Mən küçədə ovlanan heyvan deyiləm. Sülh olsun", - deyə slovakiyalı qız yazır. 

Qeyd edək ki, Kamila Petrinçova Bakıda ADA Universitetində beynəlxalq əlaqələr üzrə təhsil alır. Əslən Slovakiyanın Brezno şəhərindəndir. 

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook