Ayıq sürücülərin belə işləri də varmış - <span style="color:#ff0000">İfşa</span>
2018-02-01 18:09:00
Ayıq sürücülərin belə işləri də varmış - İfşa

Hamıya yaxşı bəllidir ki, ayıq sürücülər içkili vəziyyətdə olan şəxsləri elə onların maşınlarında evlərinə çatdırır. Bu xidmət peyda olandan sonra bir çoxları toy və şənliklərdə spirtli içki qəbul edir, sonra da həmin şəxslərin köməyi ilə sağ-salamat və cəriməsiz mənzil başına çatırlar. 

Facebook-da izləmə kameralarından birinə düşən görüntülər istifadəçilərə ayıq sürücüləri başqa əməllərdə ittiham etməsinə səbəb yaradıb. Görüntülərə görə, ayıq sürücü maşını və maşın sahibini həyətə gətirdikdən sonra küçənin o başından yol polisi maşını peyda olur. Sözsüz, yol polisi, qaydalara görə, istənilən sahədə reyd apara bilər. 

İstifadəçilərin qənatəincə, yol polisini məhz ayıq sürücü çağırıb. Bəs əgər ayıq sürücü maşını həyətə gətiribsə, niyə polisi çağırır? Bir yuzer belə izah edir ki, o maşını həyətə gətirdikdən sonra parkovka etməyi avtomobil sahibinin özünə həvalə edir, tələsdiyi üçün getməli olduğunu deyir. Beləliklə də yol polisi də həmin sürücünü sükan arxasında haqlayaraq cərimələyir. 

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook