Azərbaycanda tapılan naməlum heyvan skeletləri - <span style="color:#ff0000">Paranormal</span>
2016-10-05 14:59:00
Azərbaycanda tapılan naməlum heyvan skeletləri - Paranormal

Beyləqan rayonunun Aşıqalılar kəndində fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb. Kənd sakini Qəhrəman Mehdiyevin evində aşkar edilən skeletin uzunluğu 30 santimetrdir.

Beyləqan rayon baytarlıq idarəsinin rəisi Nizami Bayramov bildirib ki, skeletin iki arxa ətrafı, 14 cüt qabırğası, 7 boyun, 14 döş, 7 bel, 9 büzdüm fəqərəsi var. Qabaq ətrafları isə yoxdur. Kəllə sümüyündə göz çuxurları çox böyükdür. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu deməyə əsas verir.

Skeleti görənlər onun hansı heyvana aid olduğunu müəyyən edə bilmirlər. (azertag.az)

Bundan əvvəl də Azərbaycanın İmişli rayonunda naməlum heyvan sekeleti tapılmışdı. Hadisə 2012-ci ildə qeydə alınıb. İmişli rayon sakini uzunluğu 175 sm, çəkisi 6 kq olan sekelet tapmışdı. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi skeletin balığa məxsus olduğunu demişdi. Lakin belə balığın indiki dövrdə mövcud olması istisna edilmidi. 

 

Elə həmin ildə Tərtərdə də bir heyvan skeleti diqqət çəkmişdi. O vaxtı da baytarlar onun hansı heyvana məxsus olduğunu ayır edə bilməmişdilər. 

Digər hadisə isə 2015-ci ilin noyabrında qeydə alınıb. Uzunluğu 1 metrə çatan skelet evin zirzəmisində aşkar edilib. 

 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook