Azərbaycanda yeni - <span style="color:#ff0000">200 manatlıq</span>
2018-05-23 20:17:00
Azərbaycanda yeni - 200 manatlıq

Azərbaycanda yeni 200 manatlı yeni pul əsginasları dövriyyəyə buraxılıb.

Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

Yeni pul nişanı mayın 24-dən dövriyyəyə buraxılacaq.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook