Azərbaycanın dörd səfiri geri çağırılıb - Sərəncam
2016-12-15 18:44:00
Azərbaycanın dörd səfiri geri çağırılıb - Sərəncam

Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkədəki səfirlərinin geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb. 

Sənədlərə əsasən, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Niderland Krallığındakı səfiri və eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi Mir-Həmzə Efendiyev, Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zellandiyadakı səfiri Rövşən Cəmşidov, Braziliyada və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov vəzifələrindən geri çağırılıblar. (azertag.az)

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook