Azərbaycan-Portuqaliya futbol matçında yığmamızın kapitanı Maksim Medvedev öz qapısına qol vurub.
Qapıçı Şahrudin Məhəmədəliyev önə çıxaraq topu uzaqlaşdırmaq istəyərkən top kapitana dəyərək qapıya daxil olub. Avtoqol matçın 36-cı dəqiqəsində qeydə alınıb. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya ilə qarşılaşma keçib. Oyun 1-0 Portuqaliyanın xeyrinə başa çatıb.