Bakı Şahmat Olimpiadasında X tura start verilib
2016-09-12 18:45:00
Bakı Şahmat Olimpiadasında X tura start verilib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında X tura start verilib.

AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət əsas millimiz İngiltərə ilə qarşılaşır. İkinci komandamız Serbiya, üçüncü yığmamız isə Yaponiya millisi ilə üz-üzə gəlir.

Qadınlardan ibarət əsas yığmamız X turda Kolumbiya ilə üz-üzə gəlir. İkinci komandamız İsveçrə, üçüncü yığmamız isə Belarus ilə görüşür.

Yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höcətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.




Video

Video yüklənir...

Bizi izləyin

Facebook