Biznesmeni soymaq istədi, 3 güllə qazandı  - <span style="color:#ff0000">Görüntülər</span>
2016-12-28 18:54:00
Biznesmeni soymaq istədi, 3 güllə qazandı - Görüntülər

Argentinada 62 yaşlı biznesmen Pedro Qonzalesin ona hücum edən oğrunu güllələləmisinin şok görüntüləri yayılıb.  

Videodan bəlli olduğu kimi, yoldan keçərkən bir nəfər ayaq saxlayır və maşına yaxınlaşaraq tapança ilə sürücünü təhdid edir. Bunun ardınca isə avtomobilin içindən atəş açılır və silahlı şəxs yerə yıxılır. Polis bildirib ki, Pedro Qonzales Viktor Palazzo adlı bu şəxsə 3 dəfə atəş açıb və onu yaralayıb. 

Məlum olub ki, biznesmenin maşınında həmin an 200 min dollar olub. Bu pulları Qonzales şirkətində çalışan əməkdaşlarına məvacib vermək üçün aparırmış. Polis biznesmeni saxlasa da sonra məhkəmənin qərarı ilə o sərbəst buraxılıb. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook