Bu evdə əşyalar öz-özünə yanır - <span style="color:#ff0000">Şəkidə fenomen hadisə</span>
2021-02-13 18:44:00
Bu evdə əşyalar öz-özünə yanır - Şəkidə fenomen hadisə

Şəkidə bir evdə fenomen hesab edilən hadisələr yaşanır. 

Bu evdə əşyalar öz-özünə yanır. Ailə nə qədər bunun səbəbini öyrənməyə çalışsa da bir nəticə əldə edə bilməyib. Evdə gözəgörünməz qüvvələrin yaşadığı ehtimal edilir. 

Müəmmalı yanğınlar Şəki rayonunun Turan qəsəbəsində yaşayan Məmmədovlar ailəsini qorxuya salıb. Ev sahibi Rəcəbəli Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, evin nə zaman tikildiyini bilmir. Özü isə ailəsi ilə birgə 2009-cu ildən burada yaşayır. Müəmmalı yanğın fevralın 10-dan başlayıb və ilk yanan uşaq çarpayısı olub.

Oxşar hadisə Dağıstanda da qeydə alınıb. 2013-cü ildə bununla bağlı yerli media reportaj da hazırlayıb. Orada da əşyalar öz-özünə alışıb yanıb. Sakinlər deyiblər ki, əvvəlcə anlamayıblar, sonra isə heç bir səbəb olmadan mebel, paltarlar bir-birinin ardınca alışırmış. Yanğısöndürənlər də bunun səbəbini aydınlaşdıra bilməyiblər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook