Bulvarda gəzənləri gürzə ilə qorxudurlar - <span style="color:#ff0000">Feyk məlumat</span>
2019-07-19 12:36:00
Bulvarda gəzənləri gürzə ilə qorxudurlar - Feyk məlumat

Bu günlərdə sosial şəbəkələrdə Bakı bulvarında ilan tapılması ilə bağlı xəbər və video yayılıb. 

Videodakı şəxs ilanı tutaraq onun gürzə olduğunu deyir. Hətta insanlara qorxu təlqin etməyə çalışır. 

Həqiqətdə isə bu Xəzərdə tez-tez rast gəlinən su ilanıdır. Onlar gündüzlər balıqla qidalanır, gecələr isə sahilə çıxırlar. Bu ilan növü Xəzərin, demək olar, bütün sahillərində rast gəlinir. Onlar insana hücum etmirlər. Dişləsə belə ağrılı olsa da zəhəri olmur. Bu ilandan elə Qazaxıstanın Aktau şəhərində də dənizdə istifadəçilər tərəfindən çəkilib. 

Bakıda isə Bulvar ərazisində xırda balıqlar çox olduğu üçün su ilanları da bu əraziyə qidalanmaq üçün toplaşır. Panika yaradaq onlara qarşı tədbir görməyə və ya insanları qorxutmağa ehtiyac yoxdur. 

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook