Dünyanın ən gözəl atları - Ahaltəkə
2017-04-29 19:05:00
Dünyanın ən gözəl atları - Ahaltəkə

Ahaltəkə Orta Asiyada genişl yayılmış an cinsidir. 

Köçəri Təkə türkmən tayfası təfəfindən yaradılmış at cinsi hesab olunur. Ahaltəkə orta hündür boylu, ensiz bədənli, incə sümüklü atdır. 

Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv ediblər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Ahaltəkə at növünü bərpa etməyə başlayıblar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir.

Ahaltəkə atları 1600 metr məsafəyə 1 dəqiqəq 49 saniyəy qaçır. 

Hazırda Türkmənistanda bu cins atların yetişidirilməsinə böyük diqqət var. Prezident Qurbanqulu Berdiməhəmmədov atçılığın inkişafına milyonlarla dollar pul ayırır. O özü də yarışlarda iştirak edir. Bu yaxınlarda keçirilən yarışda o, Miras adlı ahaltəkə atı ilə birinci yeri tutub. Məlumata görə, prezidentin atını onun nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook