Dünyanın ən hündür bayrağının detalları
2022-02-12 17:45:00
Dünyanın ən hündür bayrağının detalları

Türkiyənin "Çimtaş" şirkəti Bakıda dünyanın ən hündür bayrağını tikməyə hazırlaşır. 

Türkiyə mənbələrinin məlumatına görə, onun hündürlüyü 191 metr olacaq. Bayraq dirəyi dizaynı və küləyə qarşı davamlılığına görə mühəndislik keyfiyyətləri ilə seçiləcək. Dirəyin eni dibindən ən hündür nöqtəyə qədər 5,7 metrdən 2 metrədək olacaq. Doqquz hissədən ibarət diqəyin ən aşağıdakı hissəsi 230 tonn, ən yüngülünün isə çəkisi 13 ton təşkil edəcək. Kəllə hissəsi dövrə vuracaq. İnşası 2021-ci ilin sentyabrında başlayan hissələrin bu ilin aprelində Bakıya gətirilməsi gözlənilir. 

Qeyd edək ki, Azərbaycanda dünyanın ən hündür bayrağı 2010-cu ildə Bakıda ucaldılıb. Onun dirəyinin hündürlüyü 162 metr idi. Lakin 2017-ci ildə bayraq çıxarılıb, 2028-ci ildə isə dirək sökülüb. 

Yeni bayraq dirəyinin həmin yerdə ucaldılması ehtimal etmək olar. Belə ki, Google Earth görüntülərindən belə anlamaq olar ki, meydanda tikinti-quraşdırma işləri davam etdirilir.  

ElMedia

  




Video

Video yüklənir...

Bizi izləyin

Facebook