Ən bahalı şəhərlərdə 10 dollara otaqlar - <span style="color:#ff0000">FOTO</span>
2016-10-01 16:44:00
Ən bahalı şəhərlərdə 10 dollara otaqlar - FOTO

Səyahət edərkən xərc aparan məsələlərdən biri də gecələmək üçün yerdir. 

Lakin hətta ən az büdcə ilə belə kifayət qədər uyğun variantlar tapmaq olar. Turizm servisi dünyanın 10 meqapolisində günü 10 dollara yerlərin siyahısını tərtib edib. 

Parisdə Eyfel qülləsi yaxınlığında karton ev. Amma çarpayısı var. lenta.ru

Yaponiyada belə yeri 11 dollara kirayələmək mümkündür.: 

Belə otağı isə münasib qiymətə İstanbulun Avropa hissəsində tapmaq mümkündür. 

Londonda isə 10 dollara otaq tapmaq alınmayacaq. Yalnız 21 dollara belə bir məkan əldə etmək olar. 

Nyu-Yorkda rahat yeri yalnız 30 dollara kirayələmək mümkündür. 

Dünyanın ən bahalı şəhəri olan Dubayda 10 dollara ayrıca otaq ümumiyyətlə yoxdur. Bu pula əlavə 5 nəfərin də qaldığı otaqda çarpayı kirayələmək mümkündür. 

Rusiyanın Sankt-Peterburq şəhərində gecəsi 10 dollara kifayət qədər variant var. Məsələn, bu, ikinəfərlik mənzil. 

Sinqapurda 10 dollara mənzilin ümumi otağında yerləşmək olar. Özü də binanın 48-ci mərtəbəsində. 

Banqkokda 10 dollara eyvanı olan bir yataq otağı götürmək mümkündür. 

Moskvada isə münasib qiymətə rahat otaq 13 dollara başa gələcək. 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook