Ərinə basqın edənlərə atəş açdı - <span style="color:#ff0000">Revolver qadın</span>
2018-02-13 17:19:00
Ərinə basqın edənlərə atəş açdı - Revolver qadın

Hindistanda qadın ərinə hücum edənlərə tapança ilə atəş açıb. Vaxtında özünü yetirməsəydi həyat yoldaşını öldürə bilərdilər. 

Uttar Pradeş ştatının Laknou şəhərində Abid Əli Xan naməlum şəxslərin hücumuna məruz qalıb. Müşahidə kamerasının çəkdiyi videodan görünür ki, bir nəfər onu çölə çağırıb söhbətə tutur. Elə bu an arxadan daha 5 nəfər ona yaxınlşaraq zərbərlər endirməyə başlayırlar. Dəyənəklə vuraraq onu yıxıb vurmaqda davam edirlər. Səs-küyə Xanın həyat yoldaşı çıxır və əlindəki revolverlə basqınçılara atəş açır. 

Bunu görən dələduzlar tez aradan çıxırlar. 

Abid Əli Xan yerli jurnalistdir. Onun həyat yoldaşı isə vəkil olduğu üçün tapança gəzdirməyə icazəsi var. 

Artıq sosial media istifadəçiləri qadını "Revolver Rani" adlandırırlar. Bu, Bollivudun eyniadlı filmindəki obrazdan götürülüb. 

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook