Erməni hərbçiləri aparan təyyarə Bakıdan İrəvana yola düşüb - Xəritə
2021-05-04 19:19:00
Erməni hərbçiləri aparan təyyarə Bakıdan İrəvana yola düşüb - Xəritə

Azərbaycandan Ermənistana təhvil verilən 3 erməni hərbçini aparan təyyarə İrəvana yola düşüb. 

Qeyd edək ki, caliber.az-ın məlumatına görə, Azərbaycan üç hərbçini Ermənistana təhvil verib. Bunlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb.

İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə bu gün gündüz Bakıya gəlib.

Həmin təyyarənin səhər saatlarında Bakıya gəlişi də qeydə alınmışdı. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook