Ermənilər hələ də "Şuşa satılıb" deyirlər - Əsgərlərimizin videosunu yayıblar
2021-02-20 15:10:00
Ermənilər hələ də "Şuşa satılıb" deyirlər - Əsgərlərimizin videosunu yayıblar

Ermənistanın bəzi KİV-ləri və Telegram kanalları Azərbaycanın xüsusi təyinatlılarının Şuşaya doğru hərəkətini göstərən dron çəkilişlərini dərc ediblər. 

Amma onların məqsədi Şuşanın təslim edilməsi olduğunu öz aləmlərində "sübut" etməkdir. Bununla təbliğatçılar cəmiyyətlərinə siyasi təsir göstərməyə və Köçəryana xal qazandırmağa çalışırlar. Əslində isə hamı da bilir ki, Şuşa Azərbaycan əsgərlərinin şücaəti sayəsində azad edilib. Ermənilər bu videonu yaymaqla bildirirlər ki, guya erməni hərbçiləri satqınlıq ediblər və həmin Azərbaycan ordusunun dəstələrini məhv etməyiblər, onların hərəkətinə göz yumublar. 

Amma qazilərimizin söhbətləri də sübut edir ki, Şuşaya doğru hərəkətdə onlar tez-tez minaatan və artilleriya zərbərləri ilə qarşılaşıblar. Hətta erməni tərəfi etiraf da edib ki, Şuşaya doğru "İskəndər" raketindən istifadə olunub. Rusiyalı jurnalist də çəkilişlərinin birində Azərbaycan XTD-lərinin hərəkətini qeydə almışdı. Amma erməni dəstəsi onlarla döyüşmək istəməyərək geri çəkilmişdi. Fransadan olan jurnalist də döyüşlərdən sonra Şuşanın Azərbaycan əsgərləri tərəfindən necə azad edildiyinin tərəfürratlarını danışmışdı. 

ElMedia

 

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook