Facebook-da NAZ Lifan <span style="color:#ff0000">Partlayışı</span>
2018-01-22 19:39:00
Facebook-da NAZ Lifan Partlayışı

Yanvarın 21-i səhər saatlarında NAZ Lifan markalı avtomobilin təqibi ilə bağlı məlumatlar yayıldı. 

Bu gün isə həmin təqibin yol kameralarındakı görüntüləri təqdim edildi. Məlum oldu ki, maşını idarə edən Ramin Ağasıyev rəngsaz işləyir. Onun sürücülük vəsiqəsi də yoxdur. Avtomobil isə Ağasıyevin dostuna məxsus olub. O, maşının qeydiyyat nişanlarını çıxararaq şəhərə çıxıb və buna görə də yol polisinin diqqətini cəlb edib. "Saxla" əmrinə tabe olmayan Ağasıyev düz yarımsaat polislərdən qaçıb. Onu təqib edən bir neçə yol polisi maşını nəhayət ki, Nobel prospektində süni yaradılan sıxlıqda ələ keçirə bilib. Məhkəmənin qərarı ilə Ağasıyevə 30 sutka inzibati həbs cəzası verilib. 

Facebook istifadəçiləri bu videonu çox həvəslə paylaşırlar. Onların rəyləri isə müxtəlifdir. Əksəriyyəti NAZ Lifan-nın BMW ilə bəhsə girdiyini yazırlar. Hətta bunun bir marketinq gedişi olduğunu deyənlər də var. 

NAZ Lifan-ın nə vaxtsa "Forsaj" filmi ilə hər hansı bir əlaqələndirilməsi olacağına kim inanardı... 

İstifadəçilər NAZ Lifan-ın saxlanılmasına 23 BMW markalı avtomobili cəlb edildiyini yazırlar. Amma videodan da görünür ki, təqibdə yalnız 3 polis maşını iştirak edir. Əfsanələr belə yaranır yəqin ki... 

NAZ Lifan el içində zəif bir model kimi qəbul olunduğu üçün istifadəçilər bir qədər təəccübləniblər. Əlbəttə, hər bir halda istənilən maşınla avtoşluq etmək olar. Polisin gücləndirilmiş mühərikli BMW maşınları isə Bakı yollarında bir çox avtomobillərə çata bilər. Sadəcə şəhərin içində belə təqiblər zamanı polis təhlükəsizliyə daha çox fikir verməlidir. 

Hər bir halda bu hadisə bir daha göstərdi ki, yollarda insanların həyatını təhlükəyə atıb belə hərəkətlər etmək düzgün deyil. Bu dəfə ciddi fəsadlarsız ötüşdü. Sonrakılardan da Allah qorusun. 

ElMEdia

 

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook