Fin jurnalistin Şimali Koreyadan yazdıqları - Ən son <span style="color:#ff0000">fotolar</span>
2017-04-18 18:01:00
Fin jurnalistin Şimali Koreyadan yazdıqları - Ən son fotolar

Fin jurnalist Mika Makelaynen bir neçə gün Pxenyanda olub və oarada gördüklərini Twitter səhifəsində paylaşıb. 

Bir qrup jurnalistlə press-turda olan jurnalist şəhər görüntüləri, insanları və bəzi adətlər haqqında məlumat verib. Jurnalist Şimali Koreyanın paytaxtı Pxenyana ilk gəldiyi gün yazıb ki, burada 3G internet də var və yeni Ryomyang yaşayış binaları fantastik görünür. 

Jurnalist qeyd edir ki, bərbərxanada həm kişilərə, həm də qadınlara 15 cür saç düzümü təklif olunur. Amma heç kimə saçını rəngləməyə icazə verilmir. Kim Çen Inın saç düzümünə də ti=oxunan jurnalist belə saç düzümünün Pxenyanda elə də dəbdə olmadığını deyir. 

Mika Makelaynen Uşaq Sarayında da olub. O, uşaqların keçən il mayda gəldiyi vaxt ifa etdiyi mahnını yenə də ifa etdiklərini yazır. 

 

 Onun sözlərinə görə, Uşaq Sarayında raket maketləri və fotolarına hər yerdə rast gəlmək mümkündür. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook