iPhone 7 Bakıda - Şəbəkələr bir-birinə dəydi
2016-09-20 15:06:00
iPhone 7 Bakıda - Şəbəkələr bir-birinə dəydi

Dünəndən etibarən yeni iPhone 7 smartfonunun Azərbaycana gəlməsi ilə bağlı xəbərlər geniş yayılıb. Artıq qiymətlər haqqında da məlumatlar verilir. 

Sosial şəbəkə istifadəçiləri isə qiymətləri müzakirə edirlər. 

 

 Kimisi isə artıq köhnə model iPhone-nu satmağa tələsir. 

İnsanlar özləri üçün yeni telefon axtardıqları halda, çinli milyarderin oğlu itinə 7 iPhone 7 alıb. Van Sıtsunun atasının varidatı 24 milyard dollardır. O, ailənin yeganə övladıdır. Bundan əvvəl də o, itinə qızıl Apple saatları almışdı. 

Çoxlarının fikrincə, iPhone telefonları zərurətdən çox dəb, özünü göstərmək üçün lazımdır. 

 

iPhone 5 işlətdiklərinə görə depressiyyaya düşənlər də var. Amma nə yaxşı ki, dostlar var, ürək-dirək verirlər. 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook