İtən alpinistləri bu cihazla axtarırlar - <span style="color:#ff0000">Nəticə</span>
2018-02-06 16:08:00
İtən alpinistləri bu cihazla axtarırlar - Nəticə

Ötən il dekabrın 23-də itkin düşən alpinistlərin axtarışları davam etdirilir

Axtarışlarda iştirak etmiş alpinist Sirxan Məmmədov yenidən Tufandağa qayıdıb və orada cihazla axtarışlar aparıb. Onun bununla bağlı yazdıqlarını diqqətinizə çatdırırıq. 

"1 fevral tarixində 2 nəfərlik qrupla Tufan dağında itkin düşmüş alpinistlərin axtarış - xilasedilmə məqsədilə yaradılan, Şahyaylağında yerləşən qərargaha çatdıq.

2 fevral tarixində səhər saat 10:00-da 6 nəfər FHN xüsusi riskli xilasediciləri və 4 nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz RECCO® cihazı ilə axtarışlara başladıq. Uçqun olan yerləri sektorlara bölərək cihazla scan etməyə başladıq. Gün ərzində 2 qar uçqunu olan ərazini RECCO® cihazıilə scan etdik.

3 fevral tarixində səhər saat 9:00-da yenidən Mahmuddərənin yuxarı hissələrini cihazla scan etməyə başladıq. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri də scan etdik. Günortadan sonra 3000 m yüksəklikdə olan yamaclara da baxdıq.
Qeyd edək ki, RECCO® cihazı telefonların batareyaları və həmçinin bios batereyaları tükənsə belə sim kart çipinə siqnal vermə üstünlüyünə malikdir
Ancaq təəssüf ki, qarın dərinliyi çox idi, və cihazın gücü buna imkan vermədi.
Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. Bunları əldə etdiyimiz zaman yenidən axtarış üçün əraziyə qayıdacağıq".

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook