Keçilməz dedikləri həmin "Ohanyan xətti" VİDEO
2021-03-08 03:52:00
Keçilməz dedikləri həmin "Ohanyan xətti" VİDEO

Erməni separatçıları işğal illərində "Ohanyan müdafiə xətti" ilə öyünərək Azərbaycan Ordusunun onu heç vaxt keçə bilməyəcəyini deyirdilər. 

Bu mifə Ermənistan əhalisini də inandırmışdılar. Lakin elə ilk dəfə 2016-cı ilin aprelində Ordumuz bir neçə saatın içində həmin xətti yararaq yüksəklikləri ələ keçirmişdi. Nəhayət ötən ilin 44 günlük müharibəsində "Ohanyan xətti"nin heç nəyə yaramadığı bir daha bəlli oldu. Bütün dünyaya hərbi uğur kimi qələmə verilən müdafiə səddi darmadağın edildi. Hərb tarixçisi Tom Kuper deyir ki, ermənilərin özünə arxayınlığı və bu mifə inanması onlara baha başa gəldi. Azərbaycan Ordusu "Ohanyan xəttini" müharibənin artıq ilk günlərində dağıdaraq cinahlardan cəbhəni yarıb erməniləri şoka salmışdı. Ermənistan ordusu isə buna cavab olaraq əks-hücuma keçdi ki, bu da onların böyük səhvi oldu. Azərbaycan Ordusu əks-hücumu dəf edərək daha da irəli getdi. 

Bu videoda həmin "Ohanyan xətti"ndən geriyə qalanları görmək olar. 

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook