Kosmik otel 2027-ci ildə açılacaq - Özəllikləri
2021-03-06 12:09:00
Kosmik otel 2027-ci ildə açılacaq - Özəllikləri

İlk kosmik otel 2027-ci ildə açılacaq. 

Oteldə rahat otaqlar, bar və kinoteatr olacaq. "Voyager" adlanacaq mehmanxananı Orbital Assembly Corporation şirkəti tərəfindən 2025-ci ildə inşa edilməyə başlanacaq və 2027-ci ildə istifadəyə veriləcək. Bu şirkət kosmosda məskunlaşma proqramları ilə məşğul olur. Görünür, bu layihə onun bu istiqamətdə ilk addımı olacaq. 

Stansiyada həm tədqiqatçılar yerləşəcək, həm də 400 nəfərli otel olacaq. Burada süni cazibə qüvvəsi də yaradılacaq ki, sakinlər rahat hərəkət edə bilsinlər. Stansiyanın yaşayış üçün sahəsi 11 600 kvadratmetr olacaq. Fövqəladə vəziyyətdə stansiyanı tərk etmək üçün 44 kapsul da var.  

Halqa formasında olacaq stansiyanın diametri 200 metr, çəkisi 2,4 tonn, ümumi sahəsi 51 min kvadratmetr nəzərdə tutulub. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook