Metroda şortik geyinənə hücum edirlər, siqaret çəkənə isə yox - <span style="color:#ff0000">Rəylər</span>
2019-07-16 13:46:00
Metroda şortik geyinənə hücum edirlər, siqaret çəkənə isə yox - Rəylər

Bir gün öncə metroda siqaret çəkən bir şəxsin sosial şəbəkələrdə videosu yayımlanmışdı. 

Daxili İşlər Nazirliyi artıq bu gün həmin şəxsin tapılaraq inzibati qaydada cəzalandırıldığını açıqlayıb. Ceyhun Fərəcullayev siqaret çəkdiyini etiraf edib və üzr istəyib

Facebook istifadəçiləri arasında bu hadisə geniş müzakirə olundu. Bəziləri sosial medianın və ictimai qınağın səmərə verdiyini qeyd ediblər. 

Amma eyni zamanda o şəxs siqareti çəkən zaman vaqonda heç kimin onu qınamadığını da qüsur kimi önə çəkirlər. 

İstifadəçilərin əksəriyyəti qeyd edir ki, bu halın qarşısı məhz həmin an alınmalı idi. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook