Neftçilərin ölümü - Sosial şəbəkələrdə <span style="color:#ff0000">KƏDƏR</span>
2016-12-15 16:44:00
Neftçilərin ölümü - Sosial şəbəkələrdə KƏDƏR

Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin (NQÇİ) sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Baş vermiş hadisədə itkin düşən bir neftçinin cəsədi tapılıb. Cəsədi tapılan neftçi operator vəzifəsində çalışan Qafarov İlham Əlihüseyn oğludur.

İstifadəçilər bu kədərli xəbərə münasibət bildirərək müxtəlif postlar paylaşır və şərhlər verirlər. 

Facebook-da populyar olan Səfa Mehdi həlak olan neftçilərə şeir həsr edib. 

Prezident İlham Əliyevin mətbuat xidmətinin məlumatında dövlət başçısının itkin düşən neftçilərin tapılması istiqamətində təcili tədbirlər görülməsi ilə bağlı tapşırıq verdiyi bildirilir. 

SOCAR-ın “Azneft” İB-nin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov dekabrın 15-də N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar “Azneft” İB-də yaradılan qərargahda jurnalistlərə açıqlamasında hələlik bir nəfərin cəsədinin tapıldığını bildirib. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook