O, Avropa Parlamentinə uşaqla gələn ilk qadındır - <span style="color:#ff0000">FOTO</span>
2017-01-23 13:29:00
O, Avropa Parlamentinə uşaqla gələn ilk qadındır - FOTO

2009-2014-cü illərdə İtaliyadan Avropa Parlamentində deputat olmuş Lisiya Ronzulli 44 günlük körpəsi ilə parlamentin sessiyasına gəlməsi ilə tanınır. 

O, Avropa Parlamenti tarixində bu addımı atan ilk qadındır. Bununla Ronzulli qadınların hüquqlarının pozulması və diskriminasiyasının əleyhinə olduğunu nümayiş etdirib. 

Sonradan isə o mütəmadi olaraq öz qızını parlamentə gətirməyə başlayıb. 

Balaca Viktoriya 4 yaşına kimi deputat anası ilə sessiyalarda iştirak edib, hətta qanun layihələrinə səs də verib. 

Balaca Viktoriya digər deputatlarla da dil tapıb. 

Viktoriya iclaslarda şıltaqlığından da qalmayıb. 

Hazırda İtaliyada işləyən Ronzulli yenə də Viktoriya ilə çox vaxt keçirdiyini yazır və fotolar paylaşır. 

ELMedia

 

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook