Özcan Dənizin ermənicə oxuduğu Azərbaycan mahnısı -  <span style="color:#ff0000">Müqayisəli VİDEO</span>
2017-01-07 19:47:00
Özcan Dənizin ermənicə oxuduğu Azərbaycan mahnısı - Müqayisəli VİDEO

Türk müğənni və aktyor Özcan Dənizin Azərbaycan mahnısını erməni dilində ifa etdiyi video yayılıb. 
 
Video Azərbaycanda birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənnini tənqid ediblər. 

Bunun ardınca isə müğənni açıqlama yayıb. O bildirib ki, bu video 8 il əvvəl iştirak etdiyi bir proqramdandır. "Repertuarda hətta ispan və ingiliscə mahnılar da var idi. Kanal 24-də yayımlanan "Kafa Dengi" proqramına da təxminən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum da sadəcə həmin an əzbər bildiyim bir türkü idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın!". 

Özcan Dənizin erməni mahnısı kimi oxuduğu kompozisiya əslində bəstəkar Emin Sabitoğluna məxsusdur. Ermənilər bunu "Kamança" adı ilə "qədim erməni" mahnısı kimi təqdim edirlər. Sözləri Səməd Vurğuna məxsus olan bu Azərbaycan mahnısını Şövkət Ələkbərova ifa edib.

Hər iki mahnını təqdim edirik. 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook