Putin Ermənistan ilə birgə hərbi layihəni təsdiqlədi
2016-12-29 15:57:00
Putin Ermənistan ilə birgə hərbi layihəni təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan arasında Qafqaz regionunda birləşmiş regional havadan müdafiə sisteminin yaradılması barədə müqavilənin təsdiqi ilə bağlı qanun imzalayıb. 

Sənəd Rusiyanın hüquqi informasiya portalında yerləşdirilib. Müqavilə 2015-ci il dekabrın 23-də Moskvada imzalanıb. Tərəflər MDB-nin iştirakçı dövlətlərinin birləşmiş havadan müdafiə sisteminin tərkib hissəsi kimi birləşmiş regional havadan müdafiə sisteminin yaratmağı planlaşdırırlar. 

Bu havadan müdafiə qoşunlarına rəhbərlik Rusiyanın Kosmik-Hava Qüvvələrinin komandanı tərəfindən həyata keçiriləcək. Eyni zamanda qeyd olunur ki, silahdan istifadə qaydaları hava məkanında obyektin aşkar olunduğu ölkənin qanunvericiliyinə uyğun olaraq müəyyən ediləcək. 

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook