Quba məzarlığındakı insan qalıqları basdırıldı - <span style="color:#ff0000">Səbəb</span>
2018-02-10 15:25:00
Quba məzarlığındakı insan qalıqları basdırıldı - Səbəb

Quba məzarlığındakı insan qalıqları torpağa basdırılıb.

Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov modern.az saytına məlumat verib. Bir müddət əvvəl məzarlığın uçma təhlükəsi ilə bağlı məsələ qalfıtılmışdı.

Deputat bildirib ki, torpağa basdırılma prosesi müsəlman adət-ənənələrinə uyğun olub: “Quba memorial kompleksi ilə bağlı yaradılan komissiya müxtəlif təkliflər irəli sürmüşdü. Onlar Quba məzarlığına baxandan sonra qərara gəliblər ki, müsəlman adət-ənənəsi ilə məzarlığı basdırsınlar. Bu baxımdan axund və molların iştirakı ilə Quba məzarlığını torpağın altına basdırıblar. Eyni zamanda komissiya qərar verib ki, həmin yerdə böyük bir abidə ucaltsınlar. Abidə artıq sifariş edilib. 31 marta kimi Quba məzarlığının yerində Soyqırımı abidəsi ucaldılacaq”.

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook