Rafael Ağayev ermənini belə məğlub etdi - <span style="color:#ff0000">VİDEO</span>
2016-10-27 03:08:00
Rafael Ağayev ermənini belə məğlub etdi - VİDEO

Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı davam edir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 karateçi ilə təmsil olunur. Oktyabrın 26-da yeddi Azərbaycan idmançısı çempionatda mübarizəyə başlayıb. Onlardan Ayxan Mamayev (84 kq) və Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək, çempionatın final mərhələsinə yüksəlib. O, erməni idmançı Seryoja Sarkisyanı 3-0 hesabı ilə məğlub edib. Ayxan Mamayev finalda yapon karateçisi Araqa Ryutaro, Rafael Ağayev isə misirli idmançı Abdel Rahman Omar ilə qarşılaşacaq. Çempionatın final mərhələsi oktyabrın 28-də baş tutacaq. Oktyabrın 26-da digər idmançılarımız – fərdi kata yarışlarında tatamiyə çıxan Roman Heydərov və Neda Rezai, eləcə də kumite yarışlarında döyüşən İrina Zaretska (68 kq), Fəridə Abiyeva (61 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) mübarizəni dayandırmalı olublar. Oktyabrın 27-də isə çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar. Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq. (azertag.az)

Video yüklənir...




Video

Video yüklənir...

Bizi izləyin

Facebook