Rektor tələbəyə: "Kəşf etmisən" sözlərini geri götür - <span style="color:#ff0000">VİDEO və ŞƏRHLƏR</span>
2017-05-28 14:50:00
Rektor tələbəyə: "Kəşf etmisən" sözlərini geri götür - VİDEO və ŞƏRHLƏR

Azərbaycan Dillər Universitetində (ADU) tələbə ilə rektor əvəzi Əfqan Abdullayevin dialoqu əks olunan video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Mayın 26-sı universitetdə keçirilən pedaqoji təcrübəyə həsr olunan yekun konfrans zamanı tələbə qız rektora müraciət edərək dövlət imtahanları ilə əlaqədar hazırlaşmaq üçün 720 sual verilməsinə etiraz edib. Tələbə hətta rektora bunu "kəşf etmisiniz" də deyib. 

Əfqan Abdullayev isə tələbənin "kəşf etmisiniz" sözlərini geri götürməsini tələb edib və qeyd edib ki, dövlət imtahanı proqramları Nazirlər Kabineti tərəfindən təsdiq olunur. "Biz heç nə kəşf etməmişik"- deyə o cavab verib. 

Tələbə qızın 720 sualın ədalətsiz olduğu deməsi tələbələr arasında alqışlarla qarşılanıb. Lakin sosial şəbəkə istifadəçiləri tələbənin öz fikrini normal deyə bilmədiyini, nə istədiyini aydın çatdıra bilmədiyini yazıblar. Hətta onu böyüklərlə düzgün rəftar etmədiyini qeyd edənlər də var.  

Tələbənin mövqeyini dəstəkləyən istifadəçilər də var. Onlar da bu qədər sualın ədalətsiz olduğunu önə çəkiblər. 

Ümumən bu video istifadəçilər arasında tələbələrin oxumaq istəməməsi barədə qızğın müzakirələr yaradıb. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook