Şəhidlər və qazilər <span style="color:#ff0000">Başımızın Tacıdır</span>
2020-11-11 12:59:00
Şəhidlər və qazilər Başımızın Tacıdır

Türkiyənin müdafiə naziri Hulusi Akar: “Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan

Türkiyənin müdafiə naziri Hulusi Akar: “Bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. Bu bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisi idi. Bu cür hərəkatlar, bu cür nailiyyətlərdə ən böyük uğur şəhidlər və qazilərimizə aiddir. Bu uğur üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımız var, onlara da şəfa diləyirəm. Onlar bizim başımızın tacıdır. Onların şücaətini unutmadıq və heç zaman da unutmayacağıq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”.

Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüş keçirib. Görüş noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində baş tutub

 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook