Səkkiz nəfərdən ikisi sağ çıxdı - <span style="color:#ff0000">Lənkəranda qəza VİDEO</span>
2018-03-31 20:24:00
Səkkiz nəfərdən ikisi sağ çıxdı - Lənkəranda qəza VİDEO

Lənkəranda baş verən ağır yol qəzasında 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı "Shacman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub.

Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakini ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.  Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.

 

Qəzanın görüntülərini YouTube istifadəçisi yayıb. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook