Sərnişin avtobusda həyatını təhlükəyə atdı - <span style="color:#ff0000">Görüntülər</span>
2017-05-04 15:05:00
Sərnişin avtobusda həyatını təhlükəyə atdı - Görüntülər

"BakuBus" sərnişinin öz həyatını təhlükəyə atması ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir ki, aprelin 28-i səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində cavan oğlan digər nəqliyyat vasitələri kimi avtobusun da svetaforda saxlamasını qəbul etməyərək avtobusun qapısını açmağa çalışır və ancaq fövqəladə hadisə zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə etməklə avtobusun qapısını açıb yolun ortasında düşür. "Bu cür hərəkətlər ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yaratmış olur. Təəssüf ki, onun belə hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər", - deyə qeyd olunur.

Şirkət sərnişinlərə müraciət edərək ictimai nəqliyyatdan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmamağa çağırıb: "Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik. Unutmaq olmaz ki, nəqliyyat sahəsində kefiyyətli xidməti şərtləndirən əsas amil təhlükəsizlik və sərnişinlərin mənzil başına sağ-salamat çatdırılmasıdır. Təbii ki, xidmətin təhlükəsiz həyata keçirilməsi üçün sərnişinlərin də qaydalara əməl etmələri vacibdir".

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook