Stüardessalar sərnişinlər üçün bikinidə oynadılar - <span style="color:#ff0000">Komandaya dəstək</span>
2018-02-01 19:06:00
Stüardessalar sərnişinlər üçün bikinidə oynadılar - Komandaya dəstək

Vyetnamın "Vietjet" aviaşirkətinin təyyarəsində bələdçilər bikinidə rəqs ediblər. Səbəb isə ölkənin gənclərdən ibarət futbol komandasını dəstəkləmək olub. 

Bikinidə şou komanda Çindən vətənə qayıdarkən göstərilib. Futbolçular Özbəkistan komandasına məğlub olsa da stüardessalar onlara belə bir hədiyyə etmək qərarına gəliblər. Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra aviaşirkət tənqid olunub.

Hətta bəziləri bu şirkəti boykot edəcəklərini bildiriblər. Şirkətin rəhbəri, Vyetnamın ilk milyarder qadını Nguyen Thi Puonq Tao bu hadisəyə görə üzr istəyib, şounun əvvəlcədən planlaşdırılmadığını və şirkətin reklamı üçün edilmədiyini bildirib

Artıq yerli qurumlar aviaşirkəti 1700 dollar cərimə ediblər. Qeyd edək ki, bu aviaşirkət təyyarə salonunda stüradessaların bikinidə gəzişməsini çoxdan tətbiq edir. Şirkət bununu müştəri cəlb edilməsi üçün marketinq gedişi adlandırır. Vyetnam saytları təyyarədən fotoları da paylaşıblar

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook