Sumqayıtda böyüyüb, ABŞ-da biznesini açıb - Qarətin qurbanı Elçin Xəlilov
2019-01-15 12:42:00
Sumqayıtda böyüyüb, ABŞ-da biznesini açıb - Qarətin qurbanı Elçin Xəlilov

ABŞ-ın Şimali KArolina Ştatının Şarlotta şəhərində azərbaycanlı Elçin Xəlilov güllələnib. 

Yerli polisin məlumatına görə, hadisə səhər saatlarında baş verib. Ehtimal edilir ki, cinayətkar Elçin Xəlilovun sahibi olduğu mobil telefon satışı və təmiri mağazasına basqın edərkən baş verib. O, aldığı güllə yarasından xəstəxanada keçinib. 

Şahidlər bildiriblər ki, onlar atəş səsi eşidiblər və oradan bir nəfər çıxaraq qaçıb. Elçini yerdə tapıblar və dərhal təcili yardıma zəng ediblər. Polis şübhəli şəxsin axtarışlarına başlayıb. 

1989-cu il təvəllüdlü Elçin Xəlilov Sumqayıt şəhərində yaşayıb. O, 3 saylı Sumqayıt şəhər orta məktəbini, Bakıda Mühəndislik Universitetini bitirib. 

Sonuncu videolarından birini öz Facebook səhifəsində 3 ay bundan əvvəl paylaşıb. 

Azərbaycan bayrağını yerli futbol matçlarından birində də həmvətənləri ilə qaldıraraq videounu da yayımlayıb. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook