Suriyaya hava zərbələri - <span style="color:#ff0000">Görüntülər</span>
2018-04-14 14:56:00
Suriyaya hava zərbələri - Görüntülər

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

 

Ağ Ev hava zərbələrinin Suriyada kimyəvi silah istehsalı obyektlərinə endirilir. Gecə ərzində Dəməşq və digər şəhərlərə 100-dən artıq raket atılıb. Suriyanın dövlət televiziyası 13 raketin göydə vurulduğunu bildirib. Əməliyyatlar zamanı bir elmi mərkəz partladılıb, 3 nəfər yaralanıb. 

 

 

Fransa Xarici İşlər Nazirliyi zərbərlərin uğurlu olduğunu bəyan edib. Həmçinin Böyük Britaniyanın baş naziri Tereza Mey də əməliyyatın uğurla başa çatdığını söyləyib. 

 

 

 Dəməşqdə isə insanlar küçələrə çıxaraq hərbi əməliyyatlara etiraz ediblər. 

Bu əməliyyata qarşı isə Rusiya kəskin bəyanatlar səsləndirib. Rusiya XİN BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. Almaniya, Çin və digər ölkələr tərəfləri danışıqlara başlamağa çağırıb. 

ElMedia

Video yüklənir...




Video

Video yüklənir...

Bizi izləyin

Facebook