Timsahlar da su ilə bərabər dondular - <span style="color:#ff0000">Kəskin şaxtalar</span>
2018-01-09 18:04:00
Timsahlar da su ilə bərabər dondular - Kəskin şaxtalar

ABŞ-ın Şimali Karolina ştatıbda kəskin şaxtalarda gölməçə və orada yaşayan timsahlar da donub.

Bununla bağlı videonu Shallotte River Swamp parkı yayıb. Parkın əməkdaşı bildirib ki, timsahlar hamısı burunlarını sudan çıxararaq belə halda donublar. Amma onlar ölməyiblər. Bu heyvanlar soyuqlar zamanı bədənlərinin hərarətini nizamlaya bilirlər. Onlar yuxu halına düşərək buzun əriməsini gözləyirlər. 

Ekspertlər bildirirlər ki, timsahlar suyun donacağını əvvəlcədən hiss edirlər. Buna görə də əvvəlcədən burunlarını sudan çıxararaq buzun onların burnunu əhatə etməsini gözləyirlər. Sonra isə beləcə asılı vəziyyətdə yuxu halına düşürlər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook