Vətən müharibəsi şəhidlərinin siyahısı yenilənib
2021-01-18 17:33:00
Vətən müharibəsi şəhidlərinin siyahısı yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook