Kimisə xəyanətdə günahlandırmaq lazımdırsa, onda bütün erməni xalqını günahlandırın.
ELMEDİA-nın məlumatına görə, bunu qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Araik Arutyunyan feysbukda canlı yayım zamanı deyib:
“Mən dedim ki, irəli getmək lazımdır, ancaq onlar getmədilər. Hər dəfə xəbərdarlıq etdim ki, bizə canlı qüvvə lazımdır. Mütəxəssislərin təxminlərinə görə, qələbə üçün 80-100 min nəfərin səfərbər edilməsi lazım idi.
Torpaqları kim satdı? Biz bunu bütün xalq olaraq etdik, 18-20 yaşlı uşaqlarımıza xəyanət etdik.
Camaatı aldatmaq üçün selfi çəkmək lazım deyildi. Əsas problem əsgərlərin tək qalmaları idi. Döyüşənlər 18 yaşlı uşaqlar idi. Sonda onlar üçün də təhlükə yarandı və sülh sazişi imzalandı. Qarabağdan qaçıb Ermənistanda gizlənən kişilər satqındır.
Bizim Xankəndidə müdafiəçilərimiz yox idi, çünki hamısı ön cəbhədə idi. Bir neçə yüz, maksimum 100-200 nəfər var idi. Könüllülər, indi günahkar axtaranlar harda idi?”.
- Teqlər
- Qarabağ
-
2022-04-28 13:05:00 -
2022-04-26 13:25:00 -
2022-04-25 12:35:00 -
2022-04-24 03:15:00 -
2022-04-24 02:25:00 -
2022-04-24 02:10:00 -
2022-04-22 11:05:00 -
2022-04-18 15:30:00 -
2022-04-18 15:10:00 -
2022-04-18 15:00:00
