
Azərbaycanda son bir ildə internet və sosial mediada artımlar, bəzi istiqamətlərdə isə azalmalar müşahidə olunur.
Bu sahələrdə müəyyən dəyişikliklərlə bağlı ətraflı statistikanı diqqətinizə çatdırırıq.
İnternet
Son bir ildə internetdən istifadə edənlərin 2,5 faiz artaraq 202 min nəfər çoxalıb. Ümumilikdə ölkədə 8,26 milyon nəfər internetdən istifadə edir. Bu da ümumi əhalinin 81,1 faizinə bərabərdir. Mobil internetdən istifadə isə rekord həddə - 98,1 faizə çatıb.
İnternetin sürətinə gəldikdə isə mobil intetnetdə yükləmə sürəti 31,44 mbps olub. Mobil internet sürəti 3,7 faiz azalıb. Stolüstü kompyuterlərdə yükləmə sürəti 22,17 mbps təşkil edib, sürət isə 0,5% azalıb.
Veb-trafikin (yalnız veb-brauzer vasitəsilə) hərəkətində müxtəlif cihazlar üzrə göstəricilərdə artım var. Ən çox trafik mübadiləsi mobil telefonların payına düşüb - 61,2%. Burada 19% artım var. Kompyuter və noutbukların payına 37,6% düşür, 21% isə azalma olub. Tabletlərin payı isə 1,1 faizdir. Burada 8,1 faiz azalma var. Digər cihazlar, xüsusən oyun aparatları 0,06 faiz yer tutub. Artım isə 100 faizdir.
Veb-brauzerlərdən Azərbaycanda ən populyarı Google Chrome-dur (77,7%). Digər yerləri Safari (10,5%), Firefox (0,8%), Edge (0,9%), Opera (3,3%), Samsung İnternet (5%), İnternet Explorer (0,2%) tutur.
Son bir ildə ölkədə ən populyar 10 saytı da diqqətinizə çatdırırıq (Alexa-nın göstəriciləri əsasında).
1. Google.com
2. YouTube.com
3. Wikipedia.org
4. Microsoft.com
5. Google.az
6. Mail.ru
7. Yahoo.com
8. Zoom.us
9. Tap.az
10. Facebook.com
Sosial media
Azərbaycanda aktiv sosial şəbəkə istifadəçilərinin sayı 4,3 milyondur. Bu da əhalinin 42,2 faizini təşkil edir. Əvvəlki dövrlə müqayisədə son bir ildə artım 16,2% və ya 600 min nəfər təşkil edib.
İstifadəçilərin 98,1 faizi və ya 4,22 milyonu sosial şəbəkələrə mobil telefonlar vasitəsilə daxil olur.
Burada (reklam alətlərinin məlumatları əsasında) istifadəçi sayı 1,7 milyon nəfərdir. Əvvəlki dövrlə müqayisədə artım 100 min nəfərdir. Onların 98,1%-i mobil telefondan istiffadə edir, 1,9 faizi isə kompyuterdən. 84,2 faiz isə yalnız mobildən istifadə edərək Facebook-a daxil olur.
Azərbaycanda bu sosial şəbəkədən 3,6 milyon insan istifadə edir (reklam alətlərinin göstəriricilərinə əsasən). Əvvəlki dövrlə müqayisədə 700 min istifadəçi çoxalıb. Onların 2,3 milyonu kişi, 1,3 milyonu isə qadındır.
Ölkədə 460 min Linkedin istifadəçisi var (reklam alətləri əsasında). Artım 60 min nəfər olub.
Bu sosial şəbəkədən Azərbaycanda 212 min nəfər istifadə edir (reklam alətləri əsasında). Artım 19 200 nəfər olub.
YouTube
Azərbaycanda YouTube ən çox ziyarət edilən saytlardan biridir. Ölkə üzrə ümumi baxışların sayı ilə bağlı dəqiq statistika olmasa da auditoriyası böyük olan kanalları qeyd etmək olar.
1. Uzeyir Mehdizade Official - 1,47 milyon abunəçi
2. Xəzər Media - 1,3 milyon abunəçi
3. Nahide Babashli - 1,24 milyon abunəçi
4. ATV Music - 1,4 milyon abunəçi
5. Kanal 13 - 911 min abunəçi
Qeyd edək ki, Vətən müharibəsi dövründə ən populyar sosial şəbəkələrə giriş bağlanmışdı. İstifadəçilər alternativ platformalar axtarışında idi. Belə platformalardan biri də Pinterest olmuşdu. Oktyabrda bu platformadan istifadə ümumi sosial media trafikinin 70 faizinə çatmışdı.
P.S. Məlumatın hazırlanmasında Facebook, Twitter, GlobalStats, HootSuit, Linkedin, YouTube, SosialBakers, Alexa mənbələrindən istifadə edilib.
ElMedia
- Teqlər
- sosial media
-
2022-04-28 13:05:00
-
2022-04-26 13:25:00
-
2022-04-25 12:35:00
-
2022-04-24 03:15:00
-
2022-04-24 02:25:00
-
2022-04-24 02:10:00
-
2022-04-22 11:05:00
-
2022-04-18 15:30:00
-
2022-04-18 15:10:00
-
2022-04-18 15:00:00