Benzin və su ilə od əldə etdi - Azərbaycanlı ixtirası
2021-01-16 16:11:00
Benzin və su ilə od əldə etdi - Azərbaycanlı ixtirası

Azərbaycanda bir nəfər adi əşyalardan kiçik plitə düzəldib.  

Tik-Tok-da yayılan videoda müəllif özü düzəltdiyi ocağın funksiyalarını nümayiş etdirir. Belə ki, bunun üçün plastik qablar, borular, benzin, su və hava nasosu lazımdır. Qurğunun iş prinsipinə görə, nasosdan vurulan hava benzin qabında yanacağı buxarlandırır, sonra buxar su qabına daxil olur, oradan isə birbaşa plitəyə ötürülür. Nəticədə çay qaynatmaq, yemək bişirmək üçün kiçik plitə əldə olunur. 

Bunun sərfiyyatı barədə məlumat olmasa da səyahətlər, şəraitsizlik zamanı istifadə etmək olar. Amma təhlükəsizlik qaydalarına əmək etmək mütləq lazımdır. 

ElMedia

Your browser doesn't support video.
Please download the file: video/mp4

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook