Bərdənin vurulması mülkilərə qarşı 2020-ci ilin ən ağır hadisələri sırasına daxil edilib - Beynəlxalq hesabat
2021-03-03 13:24:00
Bərdənin vurulması mülkilərə qarşı 2020-ci ilin ən ağır hadisələri sırasına daxil edilib - Beynəlxalq hesabat

Hərbi Təcavüzə Qarşı Hərəkat Təşkilatı (AOAV) 2020-ci ildə mülki şəxslərin hərbi vasitələrlə həlak olması və zərər çəkməsi barədə hesabat yayıb

Sənəddə Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərində Ermənistan tərəfindən raket və artilleriya atəşi nəticəsində dinc insanların həlak olması və yaralanması faktları da yer alıb. Bərdənin kasetli raketlərlə vurulması halı isə hesabatda 2020-ci ilin ən pis halı kimi qeydə alınıb. Bu hadisə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər yaralanıb. Ümumilikdə Azərbaycan 2020-ci ildə mülki şəxslərin hərbi partlayışlardan zərər çəkən ölkələr sırasında 8-ci yerdə olub. 

Birinci yeri Əfqanıstan, sonra Suriya, Pakistan tutub. Hesabata əsasən, 2019-cu illə mqayisədə ötən il mülki şəxslərin hərbi partlayışlardan həlak olması halları 43 faiz azalıb.

ElMedia  

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook