Boş qalmış dəbilqə müzakirəsi - "Afərin, azərbaycanlılar!"
2021-04-14 18:59:00
Boş qalmış dəbilqə müzakirəsi - "Afərin, azərbaycanlılar!"

Bakıda Hərbi Qənimətlər Parkının açılması sosial şəbəkələrdə böyük müzakirələr yaradıb. 

Azərbaycanda bu parkda əsasən boş dəbilqələrə qarşı çıxanlar olub. Onlar bunu "faşizm" adlandırıblar. Buna isə SŞ istifadəçiləri sərt reaksiyalar veriblər. 




Parkdakı dəbilqələrin nümayişinə qarşı münasibət bildirənlər hesab edirlər ki, düşmənə bənzəməmək lazımdır. 



Amma əksər yuzerlər bu parkdakı kuklalar və dəbilqələrin, həmçinin digər eksponatların nümayişini Xocalı və ermənilərin digər vəhşilikləri qarşısında bir humanist addım olduğunu deyirlər. 



Parkın açılışına BBC yazı həsr edib. Məqalədə bir sıra ekspertlərdən rəylər alınıb. Məşhur media təşkilatının Facebook səhifəsində azərbaycanlılar və ermənilər arasında müzakirələr yaranıb. Ermənilər bunu "barbarlıq" adlandırıblar, azərbaycanlılar isə ermənilərə Njdeni, Tələt Paşanı qətlə yetirən caninin heykəlini, Xocalı soyqırımını və digər vəhşilikləri xatırladıblar. Ən çox bəyənmə qazanan şərh isə bu olub. 



Rus əsilli bir istifadəçi isə ermənilərə yaxşı xatırlatmalar edib. "Dəbilqələr, kuklalar, alçaltma... Nə üçünsə heç kim məhv edilən Azərbaycan şəhərləri və kəndləri ilə bağlı etirazını bildirmir. Axı sizlərdən heç kim Xocalıda vəhşicəsinə öldürülmüş 600 qoca, qadın və uşaq barədə bir kəlmə olsa belə heç nə deməyib. Bunlara görə onlara hörmət etmək lazım idi? Bəlkə onlara heykəl qoysunlar və üzr istəsinlər ki, onları məğlub ediblər? Siz necə də ikiüzlüsünüz... Qadın və uşaq qatillərinə belə abidələr layiqdir. Afərin, azərbaycanlılar! Güclü olun. Sizi öldürənlərin sizə hörmət etməsi vacib deyil, sizdən qorxsalar bəsdir". 


İstifadəçilər həmçinin dünya təcrübəsində olan muzeylərdən də fotolar paylaşaraq Bakı parkını tənqid edənlərə nümunələr göstəriblər. 



Vətən müharibəsi iştirakçısı Tahir Umudov isə məsələni daha sərt şərh edib. "Dəbilqələr niyə bu qədər pis təsir edib bəzilərinə? Gəbərdilmiş qohum əqrəbanızın dəbilqəsi boş qalıb? Pis olursuz? Boş boş humanist statuslar yazıb özünüzü yaxşı insan kimi göstərməyə çalışmayın. Elə status paylaşanlardan birinin qohumu yaxını dostu gedib döyüşübsə soruşsun görək nə deyəcək bu məsələyə. Buda o status yazanlara məndən hədiyyə olsun, gəbərdilmiş qohumlarınıza aid şevron məndə qalıb gəlib götürün"


 ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook