Çip olan vaksin <span style="color:#ff0000">Növbəti feyk</span>
2020-06-10 02:44:00
Çip olan vaksin Növbəti feyk

Son vaxtlar koronavirus pandemiyası fonunda sosial şəbəkələr və mesencerlərdə diqqətçəkən bir video yayılıb. Görüntülərdə naməlum şəxs rus dilində COVİD-19 xəstəliyinə qarşı guya vaksinin içində çip olduğunu iddia edir. O, şprisi açaraq orada çipi göstərir. Naməlum şəxs inandırmağa çalışır ki, bu, hamını öldürmək üçün qlobal plandır. 

Lakin elə iynə üzərində yazılanları oxumaq kifayətdir ki, bunun feyk olduğunu görəsən. Yazılarda Animal İD yazılıb ki, bu da identifikasiya məqsədilə həmin çiplərin stənilən heyvana vurmaq üçündür. Belə iynələr açıq satışda belə var. İstənilən şəxs onu Aliexpress-də sifariş verə bilər.

Konspiroloqlar insanların onsuz da virusa inanması üçün əllərindən gələni edirlər. Belə videolar isə onları daha da çaşdırır. 

 

 

Video yüklənir...




Video

Video yüklənir...

Bizi izləyin

Facebook