Dərmanların içindən mismarlar çıxır - FactCheck
2021-03-09 17:57:00
Dərmanların içindən mismarlar çıxır - FactCheck

Sosial şəbəkələrdə dərmanların içindən kiçik mismar və iynələrin çıxması ilə bağlı fərqli videolar yayılıb. 

Hələ ki Azərbaycan seqmentində rast gəlməsək də bu videolarla bağlı fikirlərimizi bölüşmək istəyirik. 

Birinci video Esoral adlı dərmanla bağlıdır. Videonu çəkən qutudan kaseti çıxarır və birini açarkən içindən kiçik mismar düşür.  Bu video urdu dilindədir, lakin harada çəkildiyi bilinmir. 



İkinci videoda Enterofuril dərmanı nümayiş olunur. Orada da kapsulun birindən 6 ədəd kiçik mismar tökülür. Video rus dilindədir, harada çəkildiyi bilinmir. 



Üçüncü videoda isə Linex preparatından bir neçə qısa iynə çıxıb. Bu video da rus dilindədir. 



Beləliklə, hər üç videoda yalnız kapsul formasında olan dərmanlardan mismar və ya iynə çıxmış olur. Birinci videoda kaset qutudan çıxarılır və kapsul oradan qoparılır. Sanki bilirmiş kimi məhz həmin kapsuldan mismar çıxır. Videoda digər dərmanların açılması göstərilmir. 

İkinci videoda da eyni ilə prosedur təkrarlanır. Bu dəfə isə video müəllifi digər bir kapsulu da açır və oradan dərman tökülür. 

Üçüncü videoda isə fakt artıq məlum olduqdan sonra görüntülər çəkilib. Belə ki, danışıqdan məlum olur ki, onlar əvvəlcə iynələri aşkar ediblər və sonra iynələri kapsula qoyaraq video çəkiblər. 

Videoların qondarma olmasını göstərən məqamlar: 

1. Hər üç videoda qapaqlı kapsulların olması. Belə kapsulları rahat açıb içinə nə istəsən yerlədirmək olar. 

2. Hər üçün videoda kasetin üz tərəfi göstərilmir. Səbəb isə dərmanın çıxdığı yuvanın üz tərəfdən kəsilərək çıxarılması və içinin mismarla doldurulub yerinə qaytarılmasıdır. Tamaşaçıda isə belə fikir yaranır ki, dərman kasetdən elə indicə çıxarılıb. 

3. Belə dərmanlar konveyer istehsalına əsaslanır və buna görə onların hansındasa yad cisimlərin olması istisna edilir. 

Belə videoların çəkilməsində məqsəd sadəcə internetdə qeyri-adilik yaratamq, sensasiya effekti doğurmaq, müzakirələrə yol açmaqdır. 

ElMedia  

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook