Ərəblər Acınohurdan çıxarıldı - Videolardakı bəzi məqamlar
2021-03-26 14:52:00
Ərəblər Acınohurdan çıxarıldı - Videolardakı bəzi məqamlar

Nadir heyvanları ovlayan ərəb turistlər Acınohur çölündən çıxarılıblar. 

Bir müddətdir ki. "Ecofront" təşkilatı ərəblərin qanunsuz ov etmələri ilə bağlı kampaniya aparır. Fəallar bildiriblər ki, ərəblər həmin əraziyə gəlməyiblər və tezliklə onların düşərgələri də söküləcək. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayaraq bildirib ki, qanunsuz ov edən və nadir quşları güllələyən iki ərəb cərimələnib. Cərimənin məbləği 4 min manatdır. 



Fəal Cavid Qara ərəb turistlərin düşərgəsinə gedib və oradan çəkilişlər edib. 



O Ecofront-un Fb səhifəsində ərəblərin sosial şəbəkələrdə paylaşdığı videoları da yerləşdirib. Cavid Qara və ərəblərin düşərgədən paylaşdığı videoların müqayisəsindən görünür ki, ərazi eynidir və düşərgədəki detallar bunu təsdiqləyir. 


 


Yəni ov quşlarının kabab edildiyi səhnələr məhz Azərbaycanda çəkilib. Bu da qanun pountusudur. Çünki hazırda ov mövsümü dayandırılıb. Həmin kabab çəkilən video budur. 



Onu da qeyd etmək lazımdır ki, ərəblər video paylaşdıqda çox qarmaqarışıq səhnələr əlavələr edirlər. Bir videoda bir neçə məkandan video və fotolar əks olunur. 

Viideolardakı orientirlər vasitəsilə onların Acınohur gölü yaxınlığında ov etdikləri məlum olur. 

 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook