Ermənipərəst WarGonzo-nun sevinci çox çəkmədi - FactCheck
2021-04-10 19:51:00
Ermənipərəst WarGonzo-nun sevinci çox çəkmədi - FactCheck

Ermənipərəst WarGonzo layihəsi Azərbaycana qarşı növbəti feyk məlumat yayıb. 

Əslində Suriyada hazırlanan bu feyk WarGonzo tərəfindən "böyük şövqlə" paylaşılıb. Telegram kanalında yayılan videoda guya suriyalı silahlılar Qarabağda Azərbaycan tərəfində döyüşdükləri üçün ödənişi ala bilmədiklərini deyirlər. Videonun nə vaxt və harada çəkildiyi bilinmir. WarGonzo isə yazır ki, ehtimala görə, video Suriyanın şimalında çəkilib. Bununla da onlar eyham vurmaq istəyirlər ki, həmin şəxslər Türkiyənin dəstəklədiyi qüvvələrin nəzarəti altında olan ərazilərdədir. Eyni zamanda həmin şəxsin Sultan Süleyman Şahın dəstəsinə aid olduğu deyilir.

 

Lakin bu dəstə həmin videonun qondarma olduğunu bildirən bəyanat yayıb. Açıqlamada deyilir ki, həmin şəxs Suriya ordusunun nəzarəti altında olan ərazilərə qaçıb və Suriya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək belə videonun çəkilməsinə razılıq verib. 

 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook