Facebook audiootaq yaradır - Səsli çatlar populyarlaşır
2021-03-25 06:12:00
Facebook audiootaq yaradır - Səsli çatlar populyarlaşır

Facebook yeni funksiya - audiootaq yaratmaq qərarına gəlib. 

Bu sosial şəbəkədə artıq videootaqlar var. İstifadəçilər videozənglər üçün belə virtual məkan yaradaraq dostlarını ora dəvət edə bilirlər. Hətta yuzerin dostluğunda olmayanlar belə bu videosöhbətə qoşulmaq imkanına malikdirlər. Bunun analoqu olaraq Facebook yalnız səslə ünsiyyət üçün də imkan yaradacaq. 

Qeyd edək ki, sosial şəbəkələrdə audiokommunikasiya getdikcə populyarlaşır. Bunlardan biri ClubHouse tətbiqidir. Proqramın istifadəçilərinin sayı 2 ay ərzində 600 mindən 3 milyona qədər artıb. Bu proqamın tanınması Facebook-u hərəkətə keçməyə məcbur edib. Eyni funksiya Twitter-in Space layihəsində də var. Görünür, sosial şəbəkə bazarında yeni trend vüsət almaqdadır. ClubHouse və Space-də audioçatlara yalnız dəvət əsasında qoşulmaq mümkündür. Facebook isə belə çatları hər kəs üçün əlçatan etmək istəyir. yəni audiootağı yaradan çatı açıq edərsə, ora digər istifadəçilər də daxil ola bilər. Bu funksiya Facebook üçün geniş imkanlar açacaq. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook